Əks cins və valideynlərlə problemlər bu xəstəliyi yaradır – Məşhur psixoterapevt AÇIQLADI

Belarusda Respublika Elmi Praktik Mərkəzinin psixoterapiya və psixi sağlamlıq şöbəsinin aparıcı elmi işçisi İnessa Qriqoryeva bəzi xəstəliklərin birbaşa psixoloji vəziyyətlə bağlı olduğunu deyib.

Onun sözlərinə görə, psixiki problemlərin uzun müddət davam etməsi nəticəsində yaranan xəstəliklər çətin müalicə edilir.

İnessa Qriqoryeva əmindir ki, bu gün mütəxəssis köməyinə ehtiyacı olan bir çox insan psixoterapevtə müraciət etməkdən çəkinir. Nəticədə onlarda psixisomatik xəstəlik inkişaf edir və həyatın keyfiyyəti pisləşir.

Psixoterapevtin publika.az-a müsahibəsini sizə təqdim edirik.

– Psixisomatik xəstəliklərdən əziyyət çəkən insanlar çoxdur?

– Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, psixoterapevt yanına gələn xəstələrin təxminən 38-40% psixisomatik xəstəliklərdən əziyyət çəkir.

– Psixisomatik xəstəlikləri necə müayinə edirsiniz?

– İlk növbədə xəstəni dinləyirik. O, hər hansı xəstəlikdən uzun müddət müalicə aldığını, lakin heç bir nəticə vermədiyini deyir. Xəstə terapevtə gəlir, onu müayinə edirlər. Həkim ona protokol üzrə preparatlar təyin edir. Lakin bir müddət sonra xəstə yenidən eyni şikayətlərlə qayıdır.

– Hansı xəstəliklər daha çox psixisomatik ola bilər?

– Buraya arterial hipertenziya, bronxial astma, mədə yarası, yara koliti, neyrodermatit, ürəyin işemik xəstəliyi, tirotoksikoz (tiroid hormonlarının həddən artıq formalaşması ilə bağlı sindrom ) daxildir. İndi bu bu yeddi xəstəliyə psixisomatik hesab olunan əlavə və digər xəstəliklər əlavə olunub. Bunlar allergiya, bulimiya və anoreksiya, hətta onkoloji proseslərdir. Psixoonkologiya son illərdə geniş inkişaf edib.

– Xəstənin yarım il arteriya hipertoniyası olduğunu görürsə və təzyiq düşmürsə, lakin analizlər yaxşıdırsa, terapevt bu zaman nə edə bilər?

– Onu psixoterapevtə yönləndirirlər. Xəstələrin doldurması üçün xüsusi sorğu vərəqələri və cədvəllər var. Məsələn, həyəcanın və depressiyanın cədvəlini doldurmaq üçün xəstənin ancaq 2, həkimin isə onun cavablarını izah etmək üçün 1,5 dəqiqəsi var.

Mənim doktorluq işim tiroid xərçəngi olan xəstələrin psixoterapiyasına aid idi. Bu gün deyirlər ki, bu da psixosomatik ola bilər. Halbuki, biz onda bunun radiasiya ilə bağlı olduğunu düşünürdük.

Tiroid vəzi stressə dərhal reaksiya verən bir nömrəli orqandır. O, “qalxan” kimidir. Əgər o, stressin öhdəsindən gəlirsə, insanda adaptiv cavab aktivləşdirilir və o yüngəlləşir. Əgər tiriod vəzi bacarmırsa, bu orqanda xroniki gərginlik meydana gəlir. Bədənin funksiyası pozulur.

Bəzən də olur ki, xroniki ağrıları ilə müraciət edən xəstələrdə heç bir xəstəlik aşkarlanmır. O, ağrı hiss edir. İpoxondriklər xəstə olduğunu düşünsə də, əslində heç nə yoxdur. Onlardan ağrıların stress yüklənmələri ilə bağlı olduğunu və nə vaxt meydana çıxdığını soruşuram. Onlar isə deyir ki, baş ağrılarını səhər yuxudan duranda hiss edir. Amma müayinələr vaxtı heç nə aşkarlanmır.

Sonra məlum olur ki, nə vaxtsa iclasda ona hər kəsin yanında töhmət verilib, bu informasiya onun üçün psixotravmaya çevrilib və dolayısı ilə baş xəstələnib. Nəticədə baş ağrısı stabil hal almağa başlayıb. Mənfi məlumatlar baş ağrısı ilə əlaqələndirilir. Bu xəstə üzərində çalışmağa başlayanda məlum oldu ki, ilk psixotravması uşaqlıqda baş verib. Atası uşaq vaxtı ona hər kəsin qarşısında qəzəblənib. Hadisənin təsirindən çıxa bilməyən uşaq çox kədərlənib. Bundan sonra xəstələnməyib. Amma iclasdakı hadisə ona daha şiddətli təsir göstərib və baş ağrısı meydana gəlib.

Bu hadisədən sonra o, iclaslarda iştirak etməkdən imtina edib, onun əvəzinə başqa işçilər gedib və orada nə baş verdiyini gəlib ona danışıb. Bu xəstə özü də bilmədən başqalarından lazımi məlumatı əldə etmək üçün baş ağrsından manipulyasiya aləti kimi istifadə etməyə başlayıb.

Bəzən də elə xəstələr gəlir ki, onları sağaltdığın üçün səndən narazı gedirlər. Bir dəfə 10 barmağında ekzama problemi olan bir qadın gəlmişdi. O, ev işlərini adətən əlcəklə yerinə yetirib, amma ev təmizliyi ilə daha çox əri və uşaqları məşğul olub.

Akupunktur və psixoterapiyanın bir neçə seansından sonra qadının əlləri təmizlənib sağaldı. O dedi ki, bundan sonra evin bütün işlərini özü görməli olacaq… Cavabdan anladım ki, bu ağrı onun üçün ikinci dərəcəli hal alıb.

– Həqiqətən də bütün xəstəliklərin səbəbinin sinir sistemi ilə bağlı olduğu doğrudur?

– Bədəndə hər şey ruha tabedir və bütün orqanlar bir-birinə bağlıdır. Məsələn, barmağınız harasa bərk dəysə, beyinə siqnallar ötürülür və siz bunu hiss edirsiniz. Psixoterapiya bütov yanaşmaya söykənir. İndi hətta yeni istiqamət var – biopsixososial yanaşma. Bu da onu göstərir ki, insanda hər şey vahiddir. Və əlbəttə ki, bütün xəstəliklər psixi proseslərlə əlaqəlidir, eləcə də psixi proseslər bədənin bəzi reaksiyalarında əks olunur. Məsələn, əgər adam qəzəblənibsə, onun qaraciyər sistemi yüklənir.

– Psixisomatik sonsuzluğa tez-tez rast gəlinir?

– Psixisomatik sterilizə anlayışı var. Sonsuzluq problemi ilə yanıma qadınlar gələndə, psixoterapevtik baxımdan praktik olaraq 100% suallara cavab tapırıq. Bu, doğuşdan əvvəl bədənin dəyişməsi qorxusu ilə əlaqəli ola bilər.

Başqa bir xəstəmin anası onu dünyaya gətirəndə vəfat etmişdi. Qız düşünürdü ki, anasını o öldürüb. Günah hissi onda hər şeyi bloklamışdı, odur ki, qız özü hamilə qala bilmirdi.

Bəzən də qızlar hamilə qalmağa çalışır, amma alınmır, eyni zamanda məlum olur ki, onlar uşaq istəmir. Bu, qadının ərinin və yaxınlarının istəyidir. Analıq yetkinliyi yoxdur. Nəticədə partnyorların bu barədə fikir uyğunsuzluğu qadının hamilə qalmaq şansına təsir edir. Problemi psixoterapiyanın köməyi ilə həll etməyə çalışırıq və əksər hallarda bir müddət sonra hamiləlik baş verir.

Bəzi qadınlar övladlığa uşaq götürdükdən sonra hamilə qalır. Bu, tez-tez baş verən hadisədir. Onlar həssaslığı inkişaf etdirir, beləliklə də analıq yolu və zehnindəki bütün bloklar açılır.

– Stress və ya travma nə qədər ağır olmalıdır ki, psixisomatik xəstəliklərə çevrilsin?

– Ən ciddi psixisomatik xəstəliklər həyat yoldaşının ölümü, boşanma, ayrılma, həbs, işdən çıxarılma, yaxınların ölümü və ya ağır qəzadan sonra yaranır. Əgər hər hansı insanın həyatında bunlardan biri baş veribsə, psixisomatik xəstəliyin inkişafı ehtimalı yüksəlir.

Lakin psixomatik xəstəliklərin xroniki stressdən təsirləndiyi zamanlar da olur. Hər gün nələrsə az-az yığılır və nəticədə psixisomatik xəstəliyə yol açır.

– Keçirtdiyin stressin növünə görə ağrıyacaq orqanını təyin etmək mümkündürmü?

– Mümkündür. Əgər insanın kədəri keçmişlə və ya qohumları ilə aralarında olan problemlərlə bağlıdırsa, bu, ilk növbədə bel ağrıları ilə üzə çıxır. Sinə ağrıları isə qarşı cinslə aranızda yaranmış problemlərlə əlaqəlidir. Oma sümüyündə hiss olunan ağrılar nənə və baba ilə, bel fəqərələri isə valideynlərlə münasibətlərin pis olmasına işarə edir.

Gözlər zəifləyibsə, diz və ayaqlar ağrıyırsa, deməli, o insan öz gələcəyindən narahatlıq keçirir. Arterial hipertanziya isə göstərir ki, bu adam özünü həddən artıq sıxır.

Əgər kiminsə səsi tutulubsa, bu, o deməkdir ki, o, çox vacib söz demək istəyib, lakin mövcud şərtlər buna imkan verməyib. Yazva xəstəliyi isə insanın günah hissi keçirtməsi ilə əlaqəlidir, bu zaman insan daxilən özünü yeyib bitirir. Yuxusuzluq o adamın işi düzgün şəkildə tamamlamadığını və ya həyatında nəzərdə tutulan planların istədiyi xətt üzrə getmədiyinin həyəcan siqnalıdır.

– Bədəni aldatmaq olar?

– Bədən tam həqiqətdir, o, yalan danışa bilmir.

– Psixisomatik xəstəliklərin müalicəsində insan özü-özünə yardım edə bilər?

– Problem yeni və yüngüldürsə, mümkündür. Lakin birdən çox kilidli anlar varsa, o, aza bilər. Mütəxəssis bu problemi daha yaxşı həll edəcək.

– Psixisomatik xəstəlikləri müalicə edən həkimin şarlatan deyil, peşəkar olduğunu necə anlamaq olar?

– Mütəxəssisin ixtisaslaşdırmasına diqqət yetirmək lazımdır. Əgər bu psixoterapevtdirsə, onda tibbi təhsil olmalıdır, psixokorreksiya ilə psixoloq da məşğul ola bilər. Ciddi məktəblər öz assosiasiyalarına malikdir.

İxtisaslaşdırmaya icazəni səlahiyyətli orqan verir və tövsiyələri assosiasiya təsdiq edir. Bunun üçün təhsil almaq, imtahan vermək və kineziologiya assosiasiyası tərəfindən şəxsi terapiyanın keçirilməsinə icazə almaq lazımdır.

Həmçinin psixoterapevt haqqında araşdırmalara baxmaq olar, amma onlar həmişə obyektiv olmaya bilər. Bəzən ağır vəziyyətdə olan insanlar istəyirlər ki, onlar bir seansdan sonra tam sağalsın. Onda onlar narazı qalırlar. İxtisaslaşdırılmış həkim problemin neçə seansdan sonra aradan qalxdığını dəqiq söyləyəcək. Bəzən bu 1, bəzən və 11 seans tələb edə bilər.

– Bəs hansı insanlara psixisomatik xəstəliklər yaddır?

– Belə insanlar var. Onlar sağlam, əmin-amanlıq içində yaşayan və rahatlığa yüksək dəyər verən insanlardır. Onlar həmişə özlərinin qayğısına qalır və tamamilə sağlam həyat tərzi sürürlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.