Yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə…

Limon subtropik meyvə bitkiləri içərisində yüksək qidalılıq, diyetik və müalicəvi əhəmiyyətinə görə qiymətli bitkidir. Limon meyvələri tibdə çox qədimdən istifadə olunur. Belə ki, limondan tənəffüs yollarının xəstəliyi, əzələ revmatizmi, angina, mədə-bağırsaq və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir.

Orqanik.az xəbər verir ki, bunu AZƏRTAC-a Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov qış aylarında limondan istifadənin əhəmiyyətindən danışarkən bildirib.

O, xüsusilə havaların soyuq keçdiyi aylarda insanda virus, mikrob əleyhinə və immun sistemini yüksəldən vasitə kimi limonun çox faydalı olduğunu vurğulayıb: “Limonun qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif meningit və qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotikdir. Dəri xəstəlikləri zamanı limon şirəsi içməklə yanaşı, onu zədəli yerə sürtmək qızartının və qaşınmanı götürür.

Həmçinin limonlu çay qrip, soyuqdəymə, öskürək, başağrısı kimi xəstəliklərə faydalı olduğu kimi, arıqlamaq istəyənlər üçün də C vitamini və sellüloz ilə zəngin meyvədir.

“Limonlu çay hazırlamaq çox asandır. Qaynadılan suya bir xörək qaşığı çay əlavə edirik və qaynamağa qoyuruq. Sonra isə limon şirəsi və istəyə görə şəkər əlavə olunur. Gündəlik yorğunluğu və stresi aradan qaldırmaq üçün gündə bir-iki fincan limonlu çay içmək də məsləhətdir”, – deyə H.İdrisov əlavə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.