Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən təhlükəli xərçəngin inkişafının qarşısını alır.

Cenevrə Universiteti alimlərinin fikrinə görə, resveratrol ağciyər xərçənginin müalicəsində kömək edə bilər.

Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, resveratrol həmçinin ağciyər xərçənginin profilaktikası üçün də çox faydalıdır.  

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ağciyər xərçəngi ən təhlükəli xərçəng forması sayılır və digər xərçəng növləri arasında ən tez-tez ölümə səbəb olur. İkinci yerdə ölümlərin sayına görə qaraciyər xərçəngi durur.

Resveratrol tünd rəgdə olan üzümün tərkibində daha çoxdur. Resveratrolun böyük hissəsi üzümün qabığında toplanır.

Həmçinin resveratrol ürək-damar sisteminin sağlamlığı üçün də olduqca faydalıdır, ürək və damar xəstəliklərinin riskini azaldır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.