Üzdəki qızartılardan belə qurtulun

Bəzən sızanaqlar sağaldıqdan sonra belə izləri qalır. Soyuq havanın təsiri ilə bu izlər qızarır və üzdə xoş olmayan görüntü yaradır.

Orqanik.az axşam.az-a istinadən qısa zamanda qızartıları azaldan, qıcıqlanmanı sakitləşdirən və üzdəki şişkinliyi aradan qaldırmağınıza imkan verən üsulları təqdim edir.

– Çobanyastığı çayı dərini sakitləşdirir, iltihabı aradan qaldırır. Təmiz parçanı çaya batırıb soyuq kompres edin.

– Xiyar maskası başqa bir alternativdir. Dərini sakitləşdirmək üçün xiyar və qatıqdan sadə maska ​​hazırlayıb üzünüzə çəkin. Bununla da cilddəki qızartı aradan qalxacaq.

– Acılı qidalarla yanaşı, həssas dərilər üçün qıcıqlandırıcı və quruma təsiri bəxş edən nanədən, tərkibində paraben, sulfat, spirt olan məhsullardan çəkinin.

– Nəmləndirici istifadə edərkən tərkibində gül yağı, aloe və yulaf kimi sakitləşdirici xüsusiyyətlərə malik təbii məhsulların olmasına diqqət yetirin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.