Uşaqları gec yuxuya gedən analar mütləq oxusun

Uşaqları gec yuxuya gedən analar mütləq oxusun. Körpələrin asan yuxuya getməsi və rahat yatması üçün aşağıdakılara əməl etmək lazımdır.
1. Körpəniz gec yuxuya gedirsə o zaman onu massaj edin. Massaj ona nağıl dolu yuxu bəxş edəcək.  
2. Bitkilərdən hazırlanmış dəmləmələr böyüklərlə yanaşı uşaqlara da sakitləşdirici təsir göstərir. Amma, uşağınıza bitki dəmləməsi verməzdən əvvəl mütləq allerqoloqla məsləhət etməniz lazımdır.
3. Gündəlik rejimi normallaşdırmaq gecə yuxusunun normal olmasına səbəb olur.  
4. Hər gün eyni vaxtda yatmaq tez yuxuya getməyə səbəb olur.
5. Eyni çarpayıda və eyni yataq dəstində yatmaq uşağın tez və rahat yuxuya getməsinə səbəb olur.
6. Yatmazdan 1 saat əvvəl oyuncaqlardan və oyunlardan, emosional hadisələrdən uzaq durmaq tez yuxuya getməyə və sakit yatmağa səbəb olur.
7. Yatmazdan əvvəl açıq havada gəzintidə olmaq uşağın tez yuxuya getməsinə səbəb olur.
8. Uşağınıza yatmazdan əvvəl kitab oxumaq onun tez yuxuya getməsinə səbəb olur.
9. Otağın işıqlanmasının zəif olması uşağın rahat yatmasına səbəb olan amillərdən biridir.
10. Sakit otqada yatmaq uşağın uzun müddət yatmasına səbəb olur.
11. Uşağınız südəmərdirsə o zaman uzun müddət yatması üçün onu yatmazdan əvvəl əmizdirin.
12. Uşağınıza laylay deyərək onu sığallamaq tez yatmasına səbəb olur

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.