Your Cart

Osteoartritin inqilabi müalicə üsulu tapıldı

ABŞ-nin Ueyk Forest Regenerativ Tibb İnstitutunun alimləri osteoartritin müalicəsi üçün həm iltihabı azaldan, həm də oynaq qığırdaqlarını bərpa edən perspektivli inyeksiya terapiyasını yaradıblar.

Aclıq xərçəngi müalicə edir

Proceedings of the National Academy of Sciences jurnalında çox maraqlı araşdırmanın nəticələri dərc olunub.

Validol, korvalol və digər damcılar ürəyi müalicə etmir – Kardiocərrahdan AÇIQLAMA

50 ildir kardioloji problemlər üçün istifadə olunan, ürək xəstələrinin birinci üz tutduğu möcüzə dərmanlar- validol, korvalol, validol kimi sovet dövrünün yadigarı vasitələr artıq müasir kardiologiyada aktuallığını və kardioloqların etibarını itirib. Artıq heç bir həkim xəstəsina korvalol, validol təyin etmir.

Aromaterapiya hansı xəstəlikləri müalicə edir?

Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya – qoxu ilə müalicə də xüsusi yer tutur.

Muğamlarla müalicə

Türkdilli xalqların tarixi və mədəniyyətində musiqinin və musiqi ilə müalicə olunmanın faydası bütün tarixi kitablarda qeyd edilib.Müasir tibbdə də musiqi ilə müalicə edən həkimlərimiz vardır.
Muğamlar qədim tarixə malik olan musiqi janrlarından biridir.Min il əvvəllər Orta Asiyada Xorasanda və Uyqur bölgəsində bəzi xəstəlikləri muğamlarla müalicə edən məşhur həkimlər olub. Musiqi ilə müalicə haqqında Fərabi,İbn Sina,Əbu Bəkr Razi,Həsən Şuri,Həkimbaşı Gevrəkzadə Hafiz Əfəndi əsərlər yazmışlar.Onlar öz əsərlərində müsiqinin insan orqanları və duyğuları ilə təmasa keçə bilmək qabiliyyətinə malik olduqlarının yazmışlar.
Dahi Türk alimi Fərabi (870-950)muğamların insan ruhuna təsir edə bilmək qabiliyyətini öz yazdığı əsərlərdə qeyd etmiş və muğamların hansı təsirə malik olduğunu yazmışdır:
Rast muğamı – insana şəfa,sevinc,rahatlıq verir.
Nəva muğamı – insana ləzzət və könül rahatlığı verir.
Şikəsteyi-fars muğamı – insanın duyğularının oyadır.
Bayatı İsvahan muğamı – insanın hərəkət qabiliyyətini artırır.
Bayatı Siraz – insana sadəlik öyrədir.
Səba muğamı – insana cəsarət verir.
Hüseyin muğamı – insanı sülhə səsləyir.
Ovşarı mağamı – insanın könlünü açır.
Dügah muğamı – insana duyarlılıq bəxş edir.

Ən gözəl müalicə üsulu

Musiqi insanın ruhuna və beyninə təsir edən bir vasitədir.Nahaq yerə musiqi haqqında ruhun qidasıdır deməyiblər ki?
Bir sözlə musiqinin canlılara təsiri dəfələrlə sübut olunmuşdur.
Araşdırmalar nəticəsində musiqi dinləyən inəklərin çox süd verdiyi,musiqi çalınan istixanalarda birkilərin daha canlı inkişaf etdiyi dəfələrlə bunu təsdiq eləmişdir.Hətta ana bətnindəki körpənin belə musiqiyə reaksiya verdiyinin mütəxəssislər dəfələrlə şahidi olmuşlar.
Amerika McGill Universitetinin nevroloqu Anne Blood musiqinin insan beynində fərqli mərkəzləri çalışdırdığını,nevrotik və ruhi xəstəlikdən əziyyət çəkən beyin hissələrinin musiqiə qulaq asdığı zaman fərqli reaksiya verdiyiniyini qeyd etmişdir.O,öz qeydlərində
musiqinin mərkəzi sinir sisteminə,beyin qabığına,insanın düşünmə tərzinə,elmə ölan həvəsinə,danışıq qabiliyyətinə təsir etdiyini yazmışdır.Aparılan araşdırmalar musiqinin aşağıdakı xəstəliklər zamanı insan sağlamlığına yaxşı təsir etdiyini təsdiqləmişdir.
Musiqi
* iflic xəstələrinə yeriməkdə köməklik edir
* Alsheymer xəstələrinə danışa bilməkdə kömək edir
* Əməliyyatdan əvvəl musiqiyə qulaq asmaq narkoza az ehtiyac duyulmasına səbəb olur.
* Epilepsiya xəstələrinə Motsartın musiqisini dinlətmək tutmaların müddətinin azalmasına səbəb olur.
* Əməliyyatdan sonra musiqiyə qulaq asmaq ağrıların azalmasına səbəb olur.
* Əməliyyat edən həkimlər musiqiyə qulaq asdıqda yorulmadıqlarını deyirlər.
* 20 dəqiqə musiqi dinləmək sinir sistemini sakitləşdirir.
* Hiperaktiv uşaqlar musiqiyə qulaq asarkən sakitləşirlər.
* Vyanada Meidlinq Reabilitasiya Mərkəzindəki komalı xəstələri musiqi ilə müalicə etmək istəmişlər.Xəstələrin bir-neçəsi muğamata qulaq asaraq komadan ayılmışlar.
* Ritmik musiqini insana güc və qüvvət verdiyi,ürək döyüntülərini artırdığı dəfələrlə öz sübutunu tapmışdır.
Siz də sağlığınıza sağlıq qatmaq istəyirsinizsə gözəl bir musiqiyə qulaq asın.

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa