Suçiçəyinə bənzəyən yeni virusu FƏRQLƏNDİRƏN ƏLAMƏT – Yoluxduğunuzu…

“Suçiçəyi ilə meymunçiçəyi arasında fərq ondan ibarətdir ki, onlar müxtəlif viruslar tərəfindən törədilir, onları törədən eyni virus deyil”.

Bunu Orqanik.az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

O bildirib ki, meymunçiçəyinin pandemiya olacağı ehtimalı yoxdur:

“Suçiçəyində meymunçiçəyindən fərqli olaraq həmçinin kəmərləyici dəmirov ola bilər. Bu, meymunçiçəyində olmur. Səpgidə oxşarlıq var. Səpgi bir neçə mərhələ keçir. Əvvəlcə populyoz mərhələ olur, sonra pustla əmələ gəlir. Loru dildə desək, içərisi maye ilə dolur. 

Suçiçəyi ilə meymunçiçəyinin hər ikisində ilkin mərhələdə hələ səpgilər əmələ gəlməmiş dövrdə hərarət olur, limfalarda şişginlik ola bilər, boğazağırısı, ümumi zəiflik, kürək ağrıları, əzələ ağrıları müşahidə oluna bilər. 

Bu iki xəstəlik arasında bir əsas fərq ondan ibarətdir ki, əsasən suçiçəyində səpgilər əmələ gəldikdən sonra bu kliniki əlamətlər 7 günə qədər aradan çıxır. Amma meymunçiçəyində isə belə deyil. Səpgilər ola-ola bu kliniki əlamətlər də iki həftədən dörd həftəyə qədər davam edə bilər. 

Əslində meymunçiçəyinin bir qədər çətin keçməsinin səbəbi ondan ibarətdir ki, bu kliniki əlamətlər biraz davam edir, xəstəni narahat edir. Amma ölüm qorxu faizi çox azdır. Əslinə baxanda yoluxuculuq qabiliyyəti suçiçəyində daha çoxdur. Çünkü sus çiçəyi daha çox hava damcı yolu ilə yayılırsa, meymunçiçəyində hava damcı yolu ilə yayılma daha azdır. Burada birbaşa kontakt, yaxın təmas olmalıdır. Bu da iki xəstəliyi bir-birindən fərqləndirən xüsusiyyətlərdəndir.

Ümuməm kliniki olaraq görüntü eynidir. Sadəcə biraz mütəxəssis rəyi mütləqdir. Hələ ki, meymunçiçəyi ölkə ərazisində müşahidə olunmayıb və pandemiya olacağı da düşünülmür. Çünkü ən çox hava damcı yolu ilə yayılan infeksiyalar, məsələn COVİD-də gördük bunu, suçiçəyində bunu görürük. Amma meymunçiçəyində bu faiz biraz azdır. Əsas toxunma, yara vasitəsilə və ya yoluxmuş heyvanlarla təmas vasitəsilə olduğuna görə xəstəliyin yayılma faizi daha azdır”.

Təhməz Əsədov
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.