Stress kökəldir yoxsa arıqladır?

Florida Universiteti (ABŞ) alimləri streslə bağlı növbəti maraqlı araşdırmalar aparıblar.

Orqanik.az bildirir ki, xarici KİV-ləri məlumatlarına görə, bu araşdırmalar göstərib ki, xroniki stress arıqlamağa mane olur və həmçinin bədən çəkisinin artması üçün şərait yaradır.

Məsələ burasındadır ki, stress qanda betatrofin hormonunun səviyyəsini qaldırır ki, bu da öz növbəsində piylərin parçalanmasında iştirak edən fermentlərin işini ləngidir. Nəticədə orqanizmdə piylərin parçalanması prosesi ləngiyir və insan hətta pəhriz saxladıqda çəki ata bilmir və ya adi qaydada qidalandıqda səbəbsiz olaraq çəki yığmağa başlayır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.