Stels omikron ştamı testsiz necə təyin edilir?
Stels omikron ştamı testsiz necə təyin edilir? üçün şərhlər bağlıdır

Baş gicəllənməsi və halsızlıq koronavirusun stels omikron variantının əsas əlamətləri ola bilər.

Orqanik.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Mirror nəşri İngiltərənin Milli Səhiyyə Xidmətinə (NHS) istinadən yazır.

CAR-dan olan həkim Anjelika Kutzi bildirib ki, yorğunluq və əzələ ağrıları adətən SARS-CoV-2-nin bu tipinin indikatoru rolunu oynayır. BA.2 mutasiyasının ən çox yayılmış əlamətlərinə baş gicəllənməsi də aiddir.

Həkimlərin sözlərinə görə, bu iki əlamət gün ərzində peyda olub itə bilər. Ancaq onlar daimi və çox intensivdirsə, o zaman mütəxəssisə müraciət etmək lazımdır.

Böyük Britaniyanın Səhiyyə Agentliyi (UKHSA) bu günlərdə omikron ştammının yeni növünü – BA.2 (stels omikron) aşkarladığını bildirib. Stels omikron ştammını həm də gizli adlandırırlar, çünki onu laborator şəraitində orijinal BA.1 növündən ayırd etmək çətindir. Buna rəğmən PZR testləri və antigen ekspress testləri koronavirusun bu ştamlarına yoluxanları səhvsiz aşkarlayır.

Orqanik.az

0

Yuxarı

X