Sızanaq qızartısını bu üsulla yox edin

Sızanaqlarınızın sayı artıb? Bu stresli bir dövr keçirməyinizdən, yediyiniz yeməyin keyfiyyətindən, hormonal problemlərdən və dəyişən hava şəraitindən asılı ola bilər. Qısaca çox fərqli səbəb və nəticələri var. Bəziləri tez sağalır, bəziləri isə geridə ləkələr və qızartı izləri buraxır.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, sızanaqlar meydana gəlib iz buraxana qədər üç fərqli mərhələdən keçir. Əvvəlcə aktiv sızanaqlar meydana gəlir, sonra yara kimi qalmağa davam edir və geridə ləkə və ya qızartı qalır.

Bəs sızanaq qızartısını necə müalicə etmək olar?

Sızanağın sağalması və qızartı izinin keçməsi üçün ona vaxt verin. Sağalmadığı təqdirdə qəhvəyi rəng alırsa, bu ləkənin meydana gəlməsinin başlanğıcı deməkdir. Tez keçməsi üçün sivilcəni sıxmayın. Artıq iltihab və bakteriya hücumuna məruz qalan dəriniz kifayət qədər mübarizə apararkən, fiziki zədə vuraraq işini çətinləşdirməyin. Fiziki müdaxilə izin qalma ehtimalını daha da artırır.

Əgər sıxmısınızsa, zədələnmiş bölgəni tərkibində pantenol, sentella və ya keramid kimi maddələr olan kremlərlə sağaldın. Bu kremlərdən artıq yaralar sönməyə başladıqdan sonra istifadə edin.

Sızanaqdan sonra qalan qızartı ləkələrinə kojik turşusu, tamanu yağı, C vitamini, arbutin, niasinamid olan kremlər və ya serumlar tətbiq edin.

Eyni zamanda, buz və ya xiyar aktiv sızanaqların qızartısını aradan qaldırır, lakin qəti bir həll üsulu deyil. İsti su ilə nəmlənmiş parça ilə kompres tətbiq etsəniz, sızanaqdakı iltihabın uzun müddətli azalması mümkündür. Bu üsul məsamələrin açılmasına və iltihabın öz-özünə axmasına yardımçı olur. Bunu gündə bir neçə dəfə təkraralaya bilərsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.