Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları

Siqaretin tərkibində olan zəhərli maddələr bir çox xəstəliklərə səbəb olmaqla yanaşı asılılıq da yaradır.

Ona görə də siqareti tərgidənlər tütündən aldığı damaq zövqünü yeməklərdə axtarır.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi açıqlamaya görə, ilk vaxtlar orqanizmdə nikotinə böyük tələbat olsa da, ondan asılılığı təbii yolla aradan qaldırmaq mümkündür: “Nikotini əvəz edə bilən bir sıra tərəvəzlər var. Məsələn, cəfəri, ispanaq, şüyüd, pomidor, badımcan, gül kələm və s. tərəvəzlərin tərkibində nikotin var və onlarla qidalanmaq orqanizmdə ona olan tələbatı kifayət qədər ödəyir. Siqareti tərgidəndən sonra hər gün yarım stəkan portağal və qreypfrut şirəsi qəbul etmək qıcıqlanmanı aradan qaldırır”.

Onun dediyinə görə tütün asılılığından xilas olmaq üçün kompleks şəkildə mübarizə aparılmalıdır: “Süd və süd məhsulları ilə qidalanmaq da nikotinə həvəsi azaldır. Badam, yerfındığı kimi çərəzlərlə qidalanmaq nikotinə olan tələbatı azaltmaqla yanaşı digər minerallarla zəngin olduğuna görə sinir sisteminə təsir göstərir. Qarabaşaq və yulafla qidalanmaq da bu sahədə faydalı vasitələrdəndir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.