Satışda olan saxta ballar insan orqanizminə zərərlidir – Həkim fitoterapevt
Satışda olan saxta ballar insan orqanizminə zərərlidir – Həkim fitoterapevt üçün şərhlər bağlıdır

Saxta bal adi şəkər tozundan bişirilmiş qatı bir şərbətdir, burada təbii bitki nektarından söhbət belə gedə bilməz. Zahirən təbii bala bənzəsə də insan orqanizminə ziyanlıdır, daimi istifadə zamanı şəkər xəstəliyinə yol açır.

Aztibb.az həkim-fitoterapevt Fizuli Hüseynov təmiz balı necə tanımağın üsullarını açılayıb:

– Balı qaşıqla götürün, bu zaman balın nazik tellərlə dartıldığını görəcəksiniz. Əgər tellər tez qırılırsa və qırılan kimi sürətlə dartılırsa bu keyfiyyətsiz baldır;
– Keyfiyyətli balın qoxusu burunu qıcıqlandırmır, saxta bala qarışmış sintetik esens ətirləri isə belə deyildir;
– 1 qaşıq balı 1 stəkana qoyun və üstünə qaynar su tökün, keyfiyyətli bal tez dağılmır, eləcə də suya tez qarışmır, saxta bal isə belə deyildir;
– Saxta bal dartıldığında hörümçək toru kimi havada uçar;
– Saxta bal qırıq-qırıq axar, təbii bal isə davamsız qırılmadan axar;
– Təbii bal ilə şərbət hazırlananda bulanıqlıq verir, saxta bal isə şəffaf olur.

Orqanik.az

0

Yuxarı

X