Sağlam saçlar üçün bunları edin

Sağlam və baxımlı saçlara sahib olmaq hər qadının istəyidir.

Axşam.az baxımlı saçlar üçün bir neçə üsulu təqdim edir:

– Saçlarınızı hər gün bir neçə dəfə fırça ilə darayın.

– Mükəmməl saçların bir sirri də saçları ilıq su ilə yumaqdır. Bu zaman daha canlı saçlara sahib olacaqsınız.

– Saç uclarınızı tez-tez kəsdirin. Ölü tellərdən qurtulmaq lazımdır.

– Sağlam qidalanın. Qidalarda olan vitaminlər saçlarınıza da təsir edir.

– Yumurta maskasından istifadə edin. Bunun üçün bir yumurtanın sarısı və bir yemək qaşığı zeytun yağı lazımdır. Bu 2 inqrediyenti qarışdırıb saçlarınıza vurduqdan sonra 20-30 dəqiqə gözləyin. Ayda iki dəfə istifadə edə bilərsiniz.

– Kök suyu ilə kokos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.

– Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.