Saçlarınız cansız, quru və qırılırsa…

Saçlarınızı tez-tez fenləmək məcburiyyətində qalırsınızsa, deməli canlılğını itirib. Cansız və kövrək saçlar heç də ürəkaçan deyil. əgər onu müalicə edib, qidalandırmasanız, bir müddət sonra saçlarınız uzanmayacaq, qırılıb töküləcək.

Orqanik.az Axşam.az-a istinadən saçlarınız üçün maskalar təqdim edir:

Etməli olduğunuz ilk şey, əlbəttə ki, gündəlik vərdişlərinizdə bəzi dəyişikliklər etməkdir. Saça qulluq məhsulları və nəmləndiriciləri daha sıx istifadə edin. Saf keratin əsaslı qulluq dəstləri, saç maskaları və qabarıq saça qulluq məhsulları kəşf etməyə başlamalısınız. 

1. Saçlarınızı çayla yaxalayın
Təəccüblüdür ki, çay saçlar üçün çox qidalı bir seçimdir. Saçınızı çayla yaxalayanda saç rənginizin açıldığını, parlaqlığının göz qamaşdırdığını görəcəksiniz. Saçlarınızı müntəzəm şampunlama prosedurundan sonra şəkərsiz və təzə dəmlənmiş çayla yaxalasanız, saç rənginiz daha da güclənəcək. Tünd saçlılar qara çaydan, sarışınlar isə çobanyastığı çayından istifadə edə bilər.

2. Yağlarla qulluq
Siz müntəzəm olaraq saf keratin serumları, keratin maskaları və ya dərin saç baxım prosedurları tətbiq etməlisiniz. İstəyirsinizsə, hətta hər gün tətbiq edə bilərsiniz! Çünki bir az zeytun yağı möcüzələr yarada bilər.

Qədim zamanlardan saç baxımı üçün istifadə edilən zeytun yağını istədiyiniz zaman saçlarınıza çəkə bilərsiniz. Etməli olduğunuz şey zeytun yağını yaxşıca qızdırmaq və saç köklərinə dərindən masaj edərək tətbiq etməkdir. Diqqət edin ki, yağı yüksək odda qaynadıb yandırmayın. Zeytun yağını papaq taxaraq saçlarınızda ən az 45 dəqiqə saxlayın. Bu gözləmə müddəti baş dərinizdə nəm saxlamaq üçün vacibdir. Daha sonra istədiyiniz kimi şampunla yaxalaya bilərsiniz.

3. Zəngin şampundan istifadə edin
Zəif saçları canlandırmaq üçün tərkibində protein və ya keratin olan şampunlardan istifadə edə bilərsiniz. Saçınızı qidalandıracaq bir şampun, sahib olduğunuz saç baxım vasitələri arasında mütləqdir. Keratin şampunu və saf keratin serumu zəif saç tellərini canlandırır və kövrək saç uclarını bərpa edir.

5. Avokado möcüzəsindən faydalanın
Son illərdə kifayət qədər çox minerallar, vitaminlər və faydalı yağ turşuları ehtiva edən avokadonun adını eşidirik. Saç üçün də çox faydalıdır. Yumurta ilə qarışdıraraq gözəl saç maskası hazırlaya bilərsiniz. Bir az nəm saça çəkin və təxminən 20 dəqiqə buraxın. Bundan sonra, yaxşıca yuyun. Saçlarınız sağlam olsa belə, bu maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.

6. Kokos yağı ilə müalicə edin
Kokos yağının əla təsiri ilə köhnəlmiş və zəifləmiş saçlarınızı qısa müddətdə bərpa edə bilərsiniz. Bəşəriyyətin uzun illər istifadə etdiyi bu möcüzəvi yağı nəm saçlara çəkmək kifayət edəcək. Kokos yağını sevməyənlər alternativ olaraq jojoba yağı, şirin badam yağı və ya zeytun yağı seçə bilərlər.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.