Rusiyalı həkim yalnız bir maddədən imtina etməklə 60 KQ ARIQLAYIB

“Komsomolskaya pravda” qəzetində çox uğurlu arıqlama təcrübəsi haqqında məlumat tapdıq. Təcrübənin müəllifi tibb elmləri  doktoru damar cərrahı Aleksey Zudindir.

Orqanik.az KP-ya istinadla bildirir ki, 2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.

Bir elmi nəzəriyyəyə əsasən, piylənmənin səbəbi mədədə yaşayan mikroblardır. Bu mikroblar aclığın əsas taqsırkarlarıdır. Mikrobların sevimli qidası “nişastadır”. Nişasta ilə zəngin olan qidaları azaltmaqla bu mikrobların sayını da azaltmaq mümkündür.

Aleksey Zudin öz arıqlama təcrübəsini məhz bu elmi nəzəriyyə əsasında qurub. Həkim qidalanmasından kartof, çörək, makaron, düyü, manna, kolbasa-sosis məmulatları kimi məhsulları tam çıxardıb. Həmçinin şirin qazlı içkilər və spirtli içkilərdən də imtina edib.

Yalnız bu sadə qaydalar həkimə 60 kq artıq çəkidən qurtulmağa kömək edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.