“Qorxutmaq istəmirəm, amma vəziyyət həqiqətən çox ciddidir”

Uşaqlarda post-COVID sindromu 10-30 % hallarda qeydə alınır, 12 aya qədər davam edə bilər.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı epidemioloq Aleksandr Qorelov bildirib.

“Heç kəsi qorxutmaq istəmirəm, amma vəziyyət həqiqətən çox ciddidir. Meta-analizlərə görə, məlum olub ki, 10 %-dən 30 %-ə qədər, hər üç uşaqdan biri post-COVID sindromu ilə qarşılaşır və o fərqlidir. Və simptomların müddəti də böyüklərdə olduğu kimi dəyişir. Simptomun altı ay davam etdiyinə və 12 aya qədər davam edə biləcəyinə dair sübutlar var. Ona görə də reabilitasiya mütəxəssisi ilə əlaqə saxlamalısınız”, – deyə mütəxəssis bildirib.

Qorelovun sözlərinə görə, uşaqlarda post-COVID sindromunun ən çox görülən təzahürləri konsentrasiyanın itirilməsi, narahatlıq, əsəbilik, yuxusuzluq, gözün sulanması, yeni materialın zəif mənimsənilməsidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.