CategoriesXəbərlər

Qış virusları: necə qorunmalı?

Hər fəsilin öz xəstəlikləri var. Qışda isə insanlar daha çox soyuqdəymədən əziyyət çəkir. Qışda havaların soyuması nəticəsində xəstələnlərin sayı da çoxalır.

Orqanik.az Axşam.az-a istinadən qış xəstəliklərini və onların müalicə vasitələrini təqdim edir:

Qrip virus mənşəli xəstəlikdir. Qrip yaşından asılı olmayaraq hər bir insana tez yoluxan bir xəstəlikdir. O, həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Hətta insanlar arasında belə bir söz də var: Qripi müalicə etsən də etməsən də 7 gün çəkir. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır, həm də böyrək patalogiyası yaradır. Buna görə də qripə başdansovdu yanaşmaq olmaz. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman xəstənin orqanizmi zəifdirsə, rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa o, vərəmə də yoluxa bilər.

İmmuniteti yüksəltmək üçün bunları edin:

· 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.
· Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.

Sinusit:
Burun ətrafındakı boşluqların iltihablanmasıdır. Xəstəliyin ilkin əlamətləri burun tutulması, ağız qoxusu, qızdırmadır. Bu zaman insan nəfəs almaqda çətinlik çəkir. Sinusit zamanı başda, göz ətrafında, üzdə, qulaq diblərində kəskin ağrılar, burun qanaması, diş qıcıqlanması olur, xəstə iy bilmir. Sinusit vaxtında müalicə olunmadıqda bu zaman çirk göz ətrafına yayılmağa başlayır və xəstədə korluq əmələ gətirir. Hətta sümük iltihabı da yarada bilər. 

Müalicə:
· 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.
· 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin. 

Faringit:
Udlaq iltihabı xəstəliyidir. Faringit zamanı boğazda yanma, ağrılı udqunma, qızdırma, boyun nahiyəsində şişkinlik olur. Qripdən sonra bəzi xəstələr uzun müddət öskürür, boğaz qıcıqlanır, halsızlıq müşahidə olunur. Bu faringitin başlanğıcı deməkdir. Faringit də virus mənşəli xəstəliklərdəndir. Faringit zamanı öskürəyin qarşısı alınmadıqda boğaz göbələyi də əmələ gəlir. Faringit müalicə olunmadıqda, qarın yatalağı, skarlatin (yoluxucu xəstəlik), məxmərək kimi xəstəliklər yaradır. 

Faringit zamanı xəstə daha çox diqqət etməlidir:
· Siqaret və spirtli içkilərdən uzaq olmalı
· Tozlu yerlərdə durmamalı
· Çox isti və soyuq qidalar qəbul etməməli
· Gecə vaxtı çox çay, kofe içməməli

Orqanik.az