Qırmızı bibərin biri-birindən maraqlı faydaları

Qırmızı bibərin biri-birindən maraqlı faydaları

C vitamini, beta karoten, kapsaisin deposu

Azərbaycan və dünya mətbəxinin əvəzolunmaz təamlarından biri olan qırmızı bibərin faydaları saysız-hesabsızdır. C vitamini, beta karoten, kapsaisin və antioksidanlar deposu olan qırmızı bibər maddələr mübadiləsini sürətləndirir, pis xolesterolu azaldır, ağrı kəsicidir, bədən müqavimətini artırır və immunitet sistemini gücləndirir.

Təzə, qurudulmuş və pasta halında istifadə edin:

Təzə olduqda qırmızı bibərdən istifadə etməyi təklif edən mütəxəssislər qırmızı bibərin C vitamini, beta karoten, kapsaisin və antioksidan deposu olduğunu söyləyirlər. Qırmızı bibər haqqında araşdırmalar aparan professorlar “Süfrənizdən qırmızı bibər tomat pastasını” əskik etməyin deyirlər.

Maddələr mübadiləsini və immuniteti gücləndirir

Mütəxəssislər acı qırmızı bibəri faydaları baxımından xüsusilə tövsiyə edirlər. Əgər mədə ağrısından əziyyət çəkirsinizsə şirin qırmızı bibər də yeyə bilərsiniz. Ancaq acı bibəri daha çox məsləhət görürlər. Acı qırmızı bibər maddələr mübadiləsini sürətləndirir. Buna görə kilo verməkdə problemi olan insanların pəhrizinə daxil edilməlidir.

Arıqlamağa kömək edir

Sadəcə qırmızı bibər yeyərək arıqlaya bilməzsiniz, çünki qırmızı bibər maddələr mübadiləsini sürətləndirir, bağırsaqdakı hərəkətliliyi artır. Arıqlamağa kömək edir. Diabetli xəstələr yeməklərində 2 bibər əlavə edərsə, həm pis xolesterol azalacaq, həm də bədən müqaviməti artacaq. Yayda topladığınız və qurutduğunuz bibərdən də istifadə edə bilərsiniz. Qurudulmuş bibəri bütün yeməklərə, xüsusən ət yeməklərində istifadə edə bilərsiniz.

Kalsium, kalium, mineral və duz ehtiyacınızı ödəyir

Gündə 2 qırmızı bibər bədənin kalsium, kalium, mineral və duza olan ehtiyacını ödəyəcəkdir. Toz bibərindən istifadə edəcəksinizsə, yarım xörək qaşığı istifadə edə bilərsiniz. Qırmızı bibərin toxumlarını saxlamalıyıq. Çünki antioksidan və C vitamini toxumdadır. C vitamininin təzə olmayan qidalardan qaçdığını deyirlər, ancaq ayağı olmadan haraqaçacaq? Qırmızı bibəri toxumları ilə birlikdə istifadə edin.

Qırmızı bibərin infarka kömək

Mütəxəsislər qırmızı bibərin bədəndə spontan olaraq meydana gələn xərçəng hüceyrələri ilə mübarizə apardığını və aradan qaldırılmasını təmin etdiyini bildirirlər. Qırmızı bibərin infarka kömək etdiyini desələrdə, təbbi ki infark keçirdiyiniz zaman sizi müalicə etməyəcək, dərman deyil, ancaq infarkt risklərinizi azaldacaqdır.

Kapsaisin nədir?

Qırmızı bibərdəki kapsaisin bədən müqavimətini artırır və xəstəliklərdən qoruyur. Beta karoten bütün qırmızı qidalarda mövcuddur və kataraktın qarşısını alır. Zehni açır, durğunluğu aradan qaldırır. Stresi azaltmağa kömək edir. Bütün bu xüsusiyyətlər bir araya gələndə özünüzü xoşbəxt hiss edirsiniz.

Acı bibər haqqında yetərincə məlumat verdiyimizi düşünərək keçək şirin bolqar bibərinin faydalarına. Orqanik bolqar bibərinin vətəni Amerikadır. Şirin bolqar bibərini digər ölkələrdə “şirin bibər” adlandırırlar.

Bir çox keçmiş postsovet ölkələrində isə bu tərəvəz daha çox məhz “bolqar bibəri” kimi tanınır (səbəbini nə qədər axtarsaq, tapa bilmədik).

Orqanik bolqar bibərinin bir çox sortları mövcuddur, onlar bir-birindən rəng (sarıdan qəhvəyiyə kimi) və formasına görə fərqlənirlər.

Bolqar bibəri də acı qırmızı bibər kimi ən faydalı tərəvəzlərdən biri hesab olunur. Vitaminlər, minerallar, qidalı liflərlə zəngin olan bu dadlı tərəvəzdə olduqca az kalori var ki, bu səbəbdən bibər bir çox pəhrizlərə daxil edilir.

Şirin bolqar bibərinin 10 faydası

  1. Bibər B qrupu vitaminlərlə zəngindir ki, bu xüsusiyyət onu sinir sistemi üçün çox faydalı edir. Stress, depressiya, nevrozlar, yuxusuzluqdan əziyyət çəkən insanların menyusunda bu tərəvəz daim olmalıdır. Həmçinin bibər yaddaşı və diqqəti yaxşılaşdırır.
  2. C vitamini ilə zəngin olan bolqar bibəri immun sistemini möhkəmləndir.
  3. Qırmızı bolqar bibərinin tərkibində “likopin” maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
  4. Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
  5. Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yeyin.
  6. Bibər mədə və mədəaltı vəzi üçün çox faydalı sayılır.
  7. Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir – ödemləri azaldır, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.
  8. Tərkibində çoxlu miqdarda C və P vitaminləri və “rutin” maddəsi olan bibər qan damarlarının cavanlığını qoruyur, damarları daha möhkəm və elastik edir.
  9. Bolqar bibəri şəkərli diabet xəstələri üçün çox faydalıdır.
  10. Qidalı liflərlə zəngin olan bolqar bibəri bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, qanda “pis” xolesterolun səviyyəsini aşağı salır.

Bolqar bibəri çiy vəziyyətdə yemək daha yaxşıdır. Bişirilmə zamanı bibər bir çox faydalı xüsusiyyətlərini itirir.

qaynaqlar:

Sozcu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.