Qaraciyərin fəaliyyətini yaxşılaşdırmağın yolları açıqlanıb

Balanslaşdırılmış qidalanma qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa kğmək edir.

Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Sergey Andreyev “Qovorit Moskva” radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, qida rasionundan acılı, yağlı, hisə verilmiş və qızardılmış məmulatları çıxarmaq lazımdır. Qaraciyərin funksiyalarını bərpa etmək üçün dərman qəbul etmək lazım deyil, çünki orqan özü özünü bərpa edir.

“Qaraciyər özünü bərpa etmək qabiliyyətinə malikdir. Onu bərpa etməyin yeganə yolu düzgün qidalanmadır – həddindən artıq acılı, yağlı qidalardan, hisə verilmiş və qızardılmış məmulatların qəbulundan çəkinmək lazımdır”, – deyə mütəxəssis vurğulayıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.