Tərəvəzlərin faydaları: Hansı çiy, hansı bişirilərək yeyilməlidir?

Bəzi vitaminlər, məsələn, A, D, K və E kimi vitaminlər istiliyə davamlıdır. Digər vitaminlər, B qrupu vitamini və C vitamini kimi bişən zaman qismən dağılır. Bəs hansı tərəvəzləri çiy, bişmiş ya qaynadılmış halda yemək daha yaxşıdır? Evdar.az tərəvəzlərin hansı halda çiy ya bişirilməsi haqqında məlumatı təqdim edir.

Bibər

Bibərlər C, A vitaminləri ilə zəngindir və tərkibində bəzi vitamin qrupları var. Onlar immunitetin artırılması və görmə üçün faydalıdır. Ona görə bibərləri çiy istifadə etmək daha yaxşıdır. Əgər siz bibərləri bişirmək istəsəniz onda onları yağda yüngül qızardın.
Koreyalı alimlər bibərlərdən hazırlanmış müxtəlif növ təhlilini aparıb və bu qənaətə gəliblər ki, ən çox vitamin itkisi bibərlər bişən zaman baş verir. Halbuki yüngül qızartma və ya sobada bişirmə (190 dərəcə temperaturda 15 dəqiqə ərzində) bu vitaminin az itkisinə gətirib çıxarır (25% -ə qədər).

Soğan

Soğan iltihab əleyhinə xüsusiyyətlərə malikdir və həzm üçün faydalıdır. Soğanın tərkibində C, B6 vitamini və fol turşusu var. Çiy soğan yemək daha yaxşıdır və qırmızı soğan(bunda vitamin daha çoxdur) arzu olunandır. Əgər siz soğanı bişirmək istəyirsinizsə , onda şəffaf olana qədər bişirmək daha yaxşıdır, onda çəkisinin itirilməsi və vitaminlər az əhəmiyyətli olacaq.

Kərəviz

Kərəviz xroniki ağrı və artrit üçün faydalıdır. Kərəvizin tərkibində A, C, K və E vitaminləri var. Kərəvizi çiy yemək daha faydalıdır.

Pomidor

Pomidorun tərkibində likopin maddəsi dərini günəşdən qorumağa kömək edir və qırışların qarşısını alır. O həmçinin ürək üçün faydalıdır və likopin xərçəng xəstəliyinin qarşısını alır. Pomidorun tərkibində A, C və E vitamini var. Bişdikdə C vitamini azalır, lakin pomidordaki likopin maddəsi əhəmiyyətli dərəcədə artır. Ona görə də pomidoru bişmiş istifadə etmək daha faydalıdır.

Yerkökü

Yerkökü ,ürək, göz həm də dəri sağlamlığı üçün faydalıdır. Yerkökünün tərkibində beta-karotin çoxdur (A vitamini). Həmçinin, yerkökünün tərkibində E, K, C vitamini və B qrupu vitaminləri (В3 və В6) var. Bişdikdə yerkökünün tərkibindəki C və B3 vitamini azalır. Buxarda bişmiş yerkökükünün tərkibindəki beta-karotin orqanizmdə daha yaxşı həzm olunur.

Tərəvəzlərlə hazılanan müxtəlif yemək reseptləri mövcüddur və hazırlanma metodunun seçilməsi şübhəsiz ki, sizin fərdi zövqünüzdən asılıdır. Həm faydalı, həm də dadlı yeməklər üçün Evdar.az saytına nəzər salın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.