Parça və tibbi maska Omikrondan qorumur, faydasızdır – Həkim

Parçadan və adi tibb maskaları taxmaq Omikrondan qorunmaq üçün effektsiz və lazımsızdır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim terapevt Aleksey Vodovozov bildirib.

“İndi parça və sintetik maskalardan imtina etmək lazımdır. Əvvəlki ştamlar üçün onlar az-çox işə yarıyırdı, Deltada məlum oldu ki, onlar çox pis filtr edir. Bu adi tibbi maskadan da pisdir. Adi tibbi maskalar isə Omikrondan qorumur.
Qorunmaq üçün düzgün maska seçmək lazımdır. Tibbi maskanı taxdıqda yanlardan və burun hissədən qeyri-hermetik sahə açıq qalır, ordan hava ilə qarışıq istənilən virus keçə bilər.

Əgər respirator və filtrli maska almaq mümkün deyilsə, o zaman iki maska taxılmalıdır. Yalnız respirator maskalar gün ərzində uzun müddət istifadə üçün yararlıdır. Adi tibbi maska islanan kimi çıxarıb atmaq lazımdır.

Ona görə də Omikron dalğalarında qorunmaq üçün ikinci sinfə məxsus respirator maskalar almalısız. Qiymeti 3-4 maskanın qiymətinədir, amma əvəzində qoruması 90%-dir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.