Pəhriz saxlayan zaman bunları mütləq edin

Pəhriz saxladığımız zamanlarda ürəyimiz müxtəlif qidaları daha çox istəyir. Hətta illərlə yemədiyimiz qidalar belə həmin an ağlımıza gəlir və aclıq hissi tez-tez hiss edirik. 

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, psixoloji durumu aradan qaldırmaq üçün pəhriz menyunuza bəzi ərzaqları daxil etməlisiniz. Hansı ki, bu ərzaqlar sizi daim tox tutacaq:

Xiyarı xırda doğrayıb, üstünə çoxlu şüyüd töküb, duzsuz halda yeyin. Bu, gün ərzində sizi tox saxlayacaq.

Armudu sürtgəcdən keçirib, içərisinə azca qatıq və yulaf töküb, nahar vaxtı yeyin.

Pəhriz zamanı həftədə iki dəfə yumurta yeyin. Bu, sizin xoşbəxtlik hüceyrənizi artıracaq. Beləcə, pəhriz saxlayarkən depressiyaya düşməyəcəksiniz.

Yaşıl noxuddan hazırlanan, tərkibinə az yağ və duz vurulan şorba da pəhriz zamanı əla vasitələrdən biridir. Yaşıl noxudun tərkibindəki albumin maddəsi iştahasızlıq yaradır.

Gecə yatmazdan 3 saat əvvəl içərisinə cəfəri və keşniş doğranmış, bir limon suyu sıxılmış qatıq yeyin. 

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.