Özümüzü tanımaq üçün 11 addım

Özümüzü tanımaq üçün 11 addımÖzünü tanıma dedikdə, insanın öz nəfsini tanıması nəzərdə tutulur. Yəni, insanın öz müsbət və mənfi tərəflərini tanımasıdır. İnsan özünü tanıyarsa, kamala çata bilər.
Özünü tanımağın addımları:

1) Birinci etməli olduğumuz iş odur ki, öz əlaqə və meyillərimizi, istedadlarımızı tanıyaq və həyatdan nə istədiyimizi dərk edək. Cismi, əqli, əxlaqi, dini, ictimai meyillərin agah olanını və agah olmayanını ayırd edək.

2) İnsan özünə aşiq olduğu üçün, nəfsini hər cür nöqsandan və eyibdən pak hesab edər. Çünki insan kamala çatmağı sevir və əgər sevirsə, gərək özünü kamala çatmaqdan məhrum etməsin. İlk növbədə yaxşı əməllərə və əxlaqa bürünməyə səy göstərsin. Hər gün daxilindəki halı təhlil etsin. Özünü aldatmaqdan çəkinsin.

3) O zaman ki, dəyişmək qərarına gəldik, əxlaq mərhələsini bir-birinin ardınca tədrici olaraq getməyə çalışaq. Ona görə də əxlaq alimlərinə və kitablara ehtiyacımız olacaqdır.

4) Yadda saxlayaq ki, nəfsi tərbiyə etmək çox həssas bir işdir. Həqiqi tərbiyəni dildə deyilən tərbiyədən ayırd etməyə çalışaq. Zahirə diqqət edənlərdən olmayaq. Özümüzü daxildən islah etməyə cəhd edək.

5) Özünü tanımağa mane olan amilləri tapmağa çalışaq:

a) Ən böyük maneə – insanın təkəbbürüdür.

b) İkinci maneə – eyiblərini qəbul etməməkdir.

c) Üçüncü maneə – nəzərində yaratdığı yanlış şəxsiyyəti ilə ürəyini rahatlatmaqdır.

d) Dördüncü maneə – başqaları tərəfindən təriflənməyi sevməkdir.

e) Beşinci maneə – rahatlığı sevən olmaqdır.

O kəs ki, öz eybini etiraf edər, gərək onu aradan qaldırmaq üçün səy göstərsin.

6) Allahın bizə inayət etdiyi sağlam fitrətə diqqət etmək və insani meyillər ilə heyvani meyilləri bir-birindən ayırd etməyə çalışmaq.

7) Ancaq eyiblərə diqqət etmək kifayət deyildir, bizim çox sayda əxlaqi fəzilətlərimiz vardır ki, onları üzə çıxartmağa çalışaq.

8) Malik olduğumuz istedad və fəzilətlərə görə qürurlanmayaq, onları kamala çatmaq yolunda istifadə etməyə çalışaq.

9) Fəal və qeyri-fəal olan əxlaqi sifətlərə diqqət etmək.

10) Mənfi sifətlərimizlə mübarizə yollarını öyrənək. Yəni, təkəbbür, riya, həsəd və sair ilə necə mübarizə aparmaq yollarını öyrənməyə çalışaq.

On birinci addım. Müsbət sifətlərimizi gücləndirməyə çalışaq.

Bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, insan əgər özünü tanıyarsa, o zaman kamala çata bilər. Özünü tanıma da tədrici və proqram üzərindən olan bir işdir.

Yəni, insan gərək hər gün özünə şərt qoysun ki, Allah bəndəliyini etməlidir. Sonra isə gün ərzində öz əməllərinə diqqət və nəzarət etməlidir.

Çalışmalıdır ki, eyiblərini təkrar etməsin və şəxsiyyətini hərtərəfli inkişaf etdirə bilsin. Özünü başqaları ilə müqayisə etməsin. Çünki hər bir şəxsin özünəməxsus vəzifələri vardır.

Müqayisə yerinə vəzifələrinə əməl etməyə diqqət etsin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.