Özbəkistanda 47 dərəcə istidən yüzlərlə insanın halı xarab oldu

Özbəkistanda üç gün ərzində dörd mindən çox vətəndaş xəstəxanalara yerləşdirilib. Buna səbəb ölkə ərazisində müşahidə edilən anomal istilərdir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, respublikada havanın temperaturu 47 dərəcəyə çatır. Havanın yüksək hərarəti hipertoniya, astma və digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olub.

Qeyd edək ki, Özbəkistanda iyunun 25-dən avqustun 5-dək olan dövr ilin ən isti vaxtı sayılır və xalq arasında “çillə” adlandırılır.

Həkimlər ölkə sakinlərinə və qonaqlara bu müddətdə çox zərurət olmadıqca gün ərzində küçəyə çıxmamağı, pəhriz saxlamağı və bol maye qəbul etməyi tövsiyə edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.