“Omikron”a yoluxma halında lazım olan dərmanlar

Rusiyanın əməkdar həkimi Mixail Kaqan “omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım olan preparatları açıqlayıb.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, mütəxəssis temperaturun 38 dərəcədən çox qalxdığı zaman qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib.

“Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Aspirinlə isə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə əks göstərişdir”, – deyə o bildirib.

Şiddətli burun tıxanıqlığı üçün dərmanlar arasında ekspert vazokonstriktor spreylərdən, damcılardan və burun yuma məhlullarından istifadə etməyi məsləhət görüb.

“Selikli qişaların şişkinliyini azaltmaq üçün (burun “sıx tıxanmış” kimi hiss olunur) aptekdən hipertonik məhlullar, selikli qişaları və iltihab məhsullarını yumaq üçün isə izotonik məhlullar istəmək lazımdır”, –  deyə Kaqan izah edib.

Boğazdakı ağrıları aradan qaldırmaq üçün həkim qarqaraları (məsələn, “furatsilin”lə) məsləhət görüb.

Bundan əlavə, mütəxəssis qışda “D” vitamini qəbul etməyin vacibliyini qeyd edib.

“D” vitamininin tez təsir göstərmədiyini başa düşmək vacibdir. Əvvəldən və uzun müddətə istifadə olunmalıdır. Demək olar ki, hamımızın qışda onu içməyə ehtiyacı var, çünki biz aşağı insolyasiya şəraitində yaşayırıq. Əgər onu qəbul etməsəniz, immunitet reaksiyaları azala bilər, hər hansı bir xəstəlikdən qorunma zəifləyə bilər”, – deyə Kaqan sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.