Omikrona qarşı yeni dərmanlar effektlidirmi?

Omikronun son zamanlar artan yeni bir simptomu müəyyən edilib. Bu qorxulu simptom tez-tez edilən şikayətlərdən sonra simptom olaraq bilinib.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bütün dünyada artan COVID-19 simptomlarına yenisi əlavə edilib. Yuxu iflici kimi tanınan bu yeni əlamətin izahı Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin saytında verilib.
Yuxu zamanı baş verən, başqa bir simptom olan gecə tərləmələri daha əvvəl məlum idi. Ancaq yeni hesabatlarda yuxu iflicinin tez-tez baş verdiyi qeyd olunur.
Yuxu iflici hissi onu yaşayanlar üçün çox dəhşətli bir hal olaraq təsvir edilir. Böyük Britaniya Milli Səhiyyə Xidməti bu simptomun zərərsiz olduğunu və insanların çoxunun həyatında bir və ya iki dəfə bunu yaşayacağını bildirsə də, bir çox insanlar bu simptomdan kifayət qədər narahat olduqlarını bildirirlər.
Yuxu iflici vəziyyəti kiminsə otağınızda olduğunu və ya nəyinsə sizi aşağı itələdiyini hiss etdiyiniz an kimi təsvir edilir. Qeyd edilir ki, baş verdikdə bu hiss bir neçə dəqiqə davam edə bilər. /aztibb.az/

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.