Ölkəmizdə influenza virusu yayılıb – Rəsmi

İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir

Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip infeksiyası zamanı sinir sisteminin, müxtəlif orqanların zədələnməsi ola bilər.

“Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir”, – deyə o qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.