“Müraciət edənlərin əksəriyyəti gənc yaşda olan qadınlardır”

2016-cı ildən 2020-ci ilə qədər anemiyadan (qan azlığı) əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.

Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O qeyd edib ki, 2020-ci ildə ölkədə anemiyadan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb.

“Bu da hər 100 min nəfərə 433 nəfərin düşməsi deməkdir. Bu böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır”, – deyə həkim bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.