Maqnit qasırğasının orqanizmə təsiri
Maqnit qasırğasının orqanizmə təsiri üçün şərhlər bağlıdır

Son vaxtlar başağrısı ilə əlaqədar şikayətlər olmasının əsas səbəbi planetin maqnit qasırğalarına məruz qalmasıdır. Bu isə meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Maqnit qasırğalarının təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Orqanik.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, eləcə də nəfəsalmada, burun tənəffüsündə problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Onlarda başağrıları, halsızlıq, yorğunluq, bəzən təzyiqin davamlı şəkildə yuxarı qalxması və aşağı düşməməsi ilə əlaqədar sağlamlıq problemi müşahidə edilməsi mümkündür”.

Həkim-terapevtin dediyinə görə, maqnit qasırğası olan günlərdə bayıra çıxmamaq məsləhətdir: “Yaşı 60-dan yuxarı olanların zərurət olmadığı təqdirdə havaya çıxmamağı daha düzgün olar. Maqnit qasırğası və ya fəsil dəyişkənliyi zamanı özünü narahat hiss etməyənlər rahat şəkildə açıq havaya çıxa bilərlər”.

Bundan başqa mütəxəssislər həmin problemdən əziyyət çəkənlərə xüsusilə Günəş şüalarının birbaşa təsiri olmayan yerlərdə gəzməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edirlər.

Orqanik.az

0

Yuxarı

X