Koronavirusa yoluxanlarda sürətli qocalma prosesi müşahidə olunur

Əgər peyvənd olunmamısınızsa və COVID-19-a yoluxmusunuzsa, deməli, əslində siz növbəti on ildə yaşamalı olduğunuz sağlamlıqla bağlı bütün “macəraları” on gün ərzində hiss edəcəksiniz. Yəni müəyyən mənada çox sürətli qocalmağa bənzəyir.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışarkən bildirib.

Onun sözlərinə görə COVID-19-a yoluxan yaşlılar arasında ölüm nisbəti gənclərlə müqayisədə qat-qat yüksəkdir, çünki onların çoxuna növbəti on il yaşamaq qismət deyil.

Eyni zamanda, mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə bənzəsə də, ondan sağalmaq olar.

“COVID-19 və postkovid dövründə insan özünü pis hiss edir, lakin sonra hər şey az-çox normal bioloji yaşa qayıdır. Hələ bunu söyləmək tezdir, amma inanmaq üçün əsas var ki, əgər sağalmağı bacarsanız, o zaman sürətlənmiş qocalma prosesi əksinə gedəcək”, – ekspert vurğulayıb.

Bioloq əlavə edib ki, COVID-19 ilə orqanizmin sürətli qocalması peyvənd olunan insanlarda daha az müşahidə olunur.

“Bu, belə xəstələrdə xəstəliyin daha yüngül formada davam etməsi ilə əlaqədardır”, – deyə Skulaçev yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.