“Koronavirusa yoluxanlarda əzələ-sümük ağrıları yaranır” – Həkimdən məsləhətlər
“Koronavirusa yoluxanlarda əzələ-sümük ağrıları yaranır” – Həkimdən məsləhətlər üçün şərhlər bağlıdır

Son vaxtlar insanlarda sümük problemlərinin artdığı müşahidə edilir. Bir sıra mütəxəssislər hesab edirlər ki, sümük problemlərinin artmasına koronavirus da səbəb olub.

Bu nə ilə əlaqəli ola bilər: qidalanma, ətraf mühit, yoxsa hərəkətsizliklə? Koronavirusun bu duruma təsiri varmı?

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları ortoped-travmatoloq cərrah Vüsal Mahmudov cavablandırıb.
Həkimin sözlərinə görə, sümük problemləri daha çox yaşlı insanlarda rast gəlinən haldır:

“Yaşlı insanlarda sümüyün mineral kütləsinin azalması baş verir, buna osteoporoz xəstəliyi deyilir. İnsan ömrü artdıqca təbii ki, sümüklərdə dayaq-hərəkət sistemi problemləri də artmağa başlayır. Çünki mineral kütlə azalır, yayğın ağrılar və s. başlayır. Sümük problemlərinin bir qismi də yaşam tərzinə bağlıdır. Oturaq həyat keçirən, düzgün qidalanmayan, minerallar yetərsiz olan insanlarda sümük problemləri daha sıx görünür. Bir qism insanlarda da oynaqlara problemlər yaranır. Bu da hərəkət disklərinin ağrılı və məhdud hərəkət qabiliyyətli olması hallarıdır. Bu, qığırdaq pozulmaları səbəbindən yaranır. Hansı ki, artrozlar travmatik də ola bilər, yaşam tərzinə və qidalanmaya bağlı ola bilər”.

V. Mahmudovun sözlərinə görə, koronavirusa yoluxan şəxslərdə yayğın əzələ-sümük ağrıları meydana çıxır. Həkimin sözlərinə görə, bu hal bütün viral infeksiyalarda bu hallar görülür:

“Çünki iltihabi proses daha az bəslənən hissələri, əzələ-vətər, sümük birləşmələrinin daha tez tutulmasına və ödemli olmasına səbəb olduğu üçün bu cür xəstəliklərdə yayğın sümük və oynaq ağrıları görülə bilir. Müalicəsi simptomatikdir, ağrıkəsicilərlə rahatladıla bilər”.
Həmsöhbətimiz bu cür problemlərin yaranmaması üçün tövsiyələrini də əsirgəmədi: “Sümük sağlamlığı deyəndə daha çox dayaq-hərəkət sistemi sağlamlığı önəmlidir. Çünki onlar bir-birlərinə bağlıdırlar. Sümüklər və yumşaq toxumalar ayrılmaz hissələrdir. Bu səbəbdən də bütün dayaq-hərəkət sisteminin sağlamlığı önəmlidir. Bunun üçün oturaq həyat rejimindən qurtulmaq, fiziki aktiv olmaq lazımdır. İdmanlı həyatın olması, düzənli və düzgün qidalanma yaş irəlilədikcə osteoporoz və artroz kimi xəstəliklərdən bizi qoruyur. Bir də 50 yaş və üzəri insanlara mütləq və mütləq D vitamin və kalsium müalicəsi almağı tövziyyə edirik”.

V. Mahmudovun sözlərinə görə, koronavirusa yoluxan şəxslərdə yayğın əzələ-sümük ağrıları meydana çıxır. Həkimin sözlərinə görə, bu hal bütün viral infeksiyalarda bu hallar görülür: “Çünki iltihabi proses daha az bəslənən hissələri, əzələ-vətər, sümük birləşmələrinin daha tez tutulmasına və ödemli olmasına səbəb olduğu üçün bu cür xəstəliklərdə yayğın sümük və oynaq ağrıları görülə bilir. Müalicəsi simptomatikdir, ağrıkəsicilərlə rahatladıla bilər”.

Həmsöhbətimiz bu cür problemlərin yaranmaması üçün tövsiyələrini də əsirgəmədi:

“Sümük sağlamlığı deyəndə daha çox dayaq-hərəkət sistemi sağlamlığı önəmlidir. Çünki onlar bir-birlərinə bağlıdırlar. Sümüklər və yumşaq toxumalar ayrılmaz hissələrdir. Bu səbəbdən də bütün dayaq-hərəkət sisteminin sağlamlığı önəmlidir. Bunun üçün oturaq həyat rejimindən qurtulmaq, fiziki aktiv olmaq lazımdır. İdmanlı həyatın olması, düzənli və düzgün qidalanma yaş irəlilədikcə osteoporoz və artroz kimi xəstəliklərdən bizi qoruyur. Bir də 50 yaş və üzəri insanlara mütləq və mütləq D vitamin və kalsium müalicəsi almağı tövziyyə edirik”.

Orqanik.az

0

Yuxarı

X