“KİŞİ OTU” çayı. Prostatit, adenoma, cinsi gücünün azalmasında içilir

Yağı otu xalq təbabətində “kişi otu” sayılır. Yağı otunun kişi sağlamlığı üçün faydalı xüsusiyyətləri ənənəvi tibdə də təsdiq olunub.

Yağı otundan hazırlanmış çay bir çox kişi xəstəlikləri və pozulmaları zamanı kömək edir. Mütəxəssislər yağı otu çayını bu kimi pozulmalar zamanı istifadə etməyi tövsiyə edirlər:

– kəskin və xroniki prostatit

– prostat vəzinin adenoması

– potensiyanın azalması  

– prostat vəzinin cərrahi müalicəsi

Yağı otunun həmçinin güclü profilaktik təsiri var. Bu ot prostatitin və adenomanın inkişafının qarşısını alır.

Orqanik.az Rusiya KİV-lərinə istinadla yağı otundan hazırlanmış müalicəvi çayın reseptini sizə təqdim edir.

1 x.q. otun üzərinə 1 stəkan qaynar su tökün, 2 saat dəmləyin, süzün, gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için.

Mütəxəssislər xəbərdarlıq edir ki, çayın faydalı xüsusiyyətlərinə baxmayaraq onu müntəzəm olaraq, fasiləsiz içmək olmaz. Bu qaraciyərə ziyan vura bilər.

Çayı 1 ay ərzində için, sonra 1-2 ay fasilə verin və yenə için.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.