Your Cart

Kartofun bu faydasını biləndən sonra hər gün yeyəcəksiniz

Alimlər bişmiş kartofu çox faydalı və müalicəvi məhsul hesab edirlər.

Skrenton Universitetinin (ABŞ) alimləri sübut edirlər ki, hər gün bişmiş kartof yeyən insan ürək-damar sistemi xəstəliklərindən qorunmuş olur.

Eksperiment zamanı məlum olub ki, hər gün bişmiş kartof yeyən insanlarda yüksək arterial təzyiq tənzimlənir. Alimlər bu effekti kartofun tərkibində olan bəzi maddələrlə izah edirlər. Bu maddələrin təsiri yüksək təzyiqi salmaq üçün istifadə olunan preparatların təsirinə bənzəyir.

Təzyiqi salmaqdan əlavə bişmiş kartof arıqlamağa da kömək edir.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislər kartofda olan faydalı maddələrini saxlamaq üçün tərəvəzi qabıqlı şəkildə suda və ya sobada bişirməyi tövsiyə edirlər.  

Nəzərə almaq lazımdır ki, söhbət bişmiş kartofdan gedir. Əksinə isə qızardılmış kartof çox ziyanlı sayılır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa