Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır

Adi yonca fitoterapiya sahəsində çox geniş istifadə edilir.

O müalicəvi təsirlərə malikdir və bir sıra xəstəliklərdə tətbiq edilir.

Orqanik.az bildirir ki, bu bitki görmə pozuntusu zamanı, qulaqda küy olduqda, nevroz, depressiya, baş ağrısı, əhval-ruhiyyə aşağı olduqda tətbiq edilir.

Müalicə məqsədilə yoncanın qurusu, şirəsi, dəmləməsi istifadə edilir.

Onu aşağıdakı üsulla hazırlayırlar: yoncanı blenderdə xırdalayın və suyunu sıxaraq çıxarın. Daha sonra hər 1 stəkan suya  5 ç/q olmaqla şir qarışdıraraq 10 dəqiqə saxlayın. Daha sonra 2-3 qat tənzifdən süzün.

Müalicə kursu 2 aydan artıq davam etməməlidir.

Yonca şirəsi soyuqdəymə, hərarət, öskürək zamanı və nəfəs yollarının təmizlənməsi üçün istifadə edilir. Bronxit, traxeit, pnevmaniya zamanı bu şirədən gün ərzində 7 x/q içmək tələb olunur.

Ateroskleroz zamanı bu mayedən hər gün 1-2 x/q olmaqla 60 gün qəbul etmək lazımdır.

Yonca şirəsi qadınlar üçün daha faydalı hesab edilir. O, əsasən də mensturasiya ağrılarında, uşaqlıq qanaxmaları, anemiya və klimaks zamanı da yaxşı təsir göstərir.  

Bu məqsədlə qadınlar 1 ay ərzində hər gün 5 x/q yonca suyu qəbul etməlidirlər.

Yaşlı insanlar gün ərzində 5 dəfə 1 ç/q olmaqla yeməkdən 10 dəqiqə əvvəl 1 ay ərzində yonca suyu qəbul etməlidirlər. Bu şirə ürək əzələsini möhkəmləndirir, ayaqlarda olan şişkinliyi, varikozu, poliartriti, revmatizmi aradan qaldırır.

Yonca şirəsi orqanizmi qüvvətləndirən, immuniteti artıran toksinləri bədəndən kənarlaşdıran təbii vasitədir. Amma onun faydalarından tam yararalanmaq üçün medikamentoz vasitələrdən də istifadə edilməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.