Hər gün yeyilən bu 3 qida xərçəngə səbəb ola bilər

Bəzi qidalar gün ərzində 2-3 dəfə masamızda və menyumuzda olur. Alimlər insanların hər gün yediyi və xərçəng riskini artıran 3 qidanı açıqlayıb.

Orqanik.az həmin qidaları təqdim edir. Bir çoxları bunları səhər yeməyində qəbul edir ki, bu daha da təhlükəlidir.

– Dağ edilmiş yağda qızardılmış ət və ət məhsulları

Bu qidaların tərkibində 2A sinfindən olan kanserogen maddə olur. Bunlara yağda bişmiş perojki, hamburger, toyuq qanadları, yağda qayğanaq aiddir.

– Şoraba, turşu

A2 sinfindən kanserogen siyahısına daxildir. Marinadlaşdırılmış, konserv tərəvəzlər mədədə zülalla, ətlə qarışanda nitrozamin adlı kanserogen maddə əmələ gəlir. Şorabaları ətlə yeməyin, onları ayda 1-2 dəfə yesəniz kifayət edər.

– Termiki işlənmiş, hisə verilmiş ət

Kolbasa, bekon, vetçina, sosis, hisə verilmiş toyuq, ət, konservlər – nitrit natriylə zəngindir. 1-ci dərəcəli kanserogen maddələrdir. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.