Hər gün limonlu su içsəniz nə baş verər? – Diyetoloq AÇIQLADI

“Limonlu su virus xəstəlikləri ilə mübarizədə kömək edir, kollagenin sintezində, dəmir, sink və digər mineralların udulmasında iştirak edir”.

Orqanik.az xəbər verir ki, bunu diyetoloq Natalya Kunskaya bildirib .

O, həmçinin qeyd edib ki, limon suyu mədədə xlorid turşusunun əmələ gəlməsinə və normal həzm üçün zəruri olan öd ifrazına kömək edir.

“Limonlu suyu yeməkdən 30 dəqiqə əvvəl və gündə iki-üç stəkandan çox olmayaraq içmək məsləhətdir. Limonlu suyu acqarına içmək olmaz, günə bir-iki stəkan qatqısız təmiz su ilə başlamaq yaxşıdır. Yemək sonra içməyin. Bu, yeməyin həzmini ləngidir. Yemək bolusunu yumşaltmaq üçün bir neçə qurtum icazə verilir”, – deyə mütəxəssis bildirib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.