Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın!

Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu olduğunu düşünən valideynlər onların səhhətlərində heç bir problem olmasa da, “Kosmetik endokrinologiya” adlanan hormon iynəsindən istifadə edirlər.

Sözügedən prossesin geniş vüsət almasına baxmayaraq, həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Orqanik.az xəbər verir ki, bu barədə “New York Post” yazır. Nəşr bunu “yeni çılğınlıq” adlandırıb.

Ekspertlər vurğulayırlar ki,yeniyetmə uşaqları hədəf alan yeni tendensiya onların ürək problemləri riskini artırır.

Amma ailələr buna gör narahat deyillər. Qəzetə danışan valideyn bildirib ki, bütün varlılar bunun arxasındadır.

O deyib ki, bəzi ailələr uşaqlarını iynə vurdurmağa məcbur edir. Lenox Hill Xəstəxanasından Dr.Erik Ascher xəbərdarlıq edib ki, prosedurun çatışmazlıqları var.

“Ailələr, hormonlar verildikdə uşaqlarının daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, uşaqlara çox gənc yaşda mənfi sosial mesaj göndərir və ürək problemləri riskini artırır”, – o, deyib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.