Həkimdən XƏBƏRDARLIQ: Uşaqlarda bu əlamətlər varsa…

Son həftələrdə kəskin respirator virus infeksiyaları (KRVİ) xüsusən uşaqlarda daha aqressiv gedişə malik olub, əksər hallarda sinusit, otit, qastro-entero-kolit və pnevmoniya xəstəlikləri ilə ağırlaşır.

Orqanik.az xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim qeyd edib ki, uşaqlarda aşağıdakı əlamətlər müşahidə olunarsa, müalicəyə başlamaq lazımdır: “COVID-19 testi mənfi olub, fəqət KRVİ-nin biruzə verilmiş əlamətləri-hərarətin 38 dərəcədən yuxarı qalxması, qulaq ağrısı, biruzə verilmiş intoksikasion sindrom-ciddi halsızlıq, iştahasızlıq, öskürək, ürəkbulanma, qusma, diareya və s. oxşar əlamətlər varsa, vaxt itirmədən müalicəyə başlamaq məsləhətdir”. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.