Depressiyanın müalicəsi üçün effektiv metod tapıldı

Depressiyanı sağaltmaq üçün beynin bir sahəsinin intensiv maqnit stimulyasiyası tətbiqi effektiv təsir edir.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, Amerikanın Psixiatriya dərgisində çap olunan elmi məqalədə teta dalğalarla beyinə təsir etməyin depressiv pasiyentlərdə müalicəni yaxşılaşdırdığı məlum olub.
ABŞ-ın Stendford universitetinin alimlərinin İTBS adlandırdığı metodda depressiyaya cavabdeh olan beyin sahəsinin maqnitlə qıcıqlandırılması yeni müalicə protokolu ola bilər.

Düzdür, bu metod uzundur, 6 həftə davam edir, lakin pasiyentlərin yarısında yaxşılaşma müşahidə olunub.

Nolan Vilyamsın yeni intensiv və qısamüddətli İTBS protokolu əvvəlki metodlara nisbətən daha effektivdir.

Bu metodla gündə 10 dəfə 10 dəqiqəlik senslar aparılır və kurs 5 gün davam edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.