Bütün COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir – ÜST
Bütün COVID məhdudiyyətlərini ləğv etmək hələ tezdir – ÜST üçün şərhlər bağlıdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVID-19-u qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək hələ tezdir. Onlar ehtiyatlı olmağa çağırıb.

Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə ekspertlər brifinq zamanı bildiriblər.

ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove qeyd edib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır:

“Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil.”.

Öz növbəsində, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mark Rayan ölkələri COVID-19 ilə mübarizədə öz yollarını tutmağa və “məhdudiyyətləri yumşaltmaqda başqalarına kor-koranə uymamağa” çağırıb.

Orqanik.az

0

Yuxarı

X