Bunu edən hamilələrin uşaqları balacaboy olur – Araşdırma

Amerika alimləri hamiləlikdə çox qəhvə içməyin doğulacaq uşağa təsirini araşdırıb.

Orqanik.az Orqanik.az-s istinadla xəbər verir ki, hamiləliyin ilk 3 ayında hətta normal dozada qəhvə içən qadınların uşaqların boyu orta boy hündürlüyündən daha az olur.

8 yaşa çatdıqda bu uşaqlarda boy 2 sm geri qalır.

ABŞ Mİlli Sağlamlıq İnstitutunun alimləri 2 elmi tədqiqatı analiz edərək, bu nəticəyə gəliblər.

Onlar eksperimentdə 300-dən çox hamilə qadını və onların uşaqlarını 8 yaşa kimi müşahidə edib.

Alimlər hesab edir ki, kofein anadan dölə keçir, amma döl hələ böyük insan orqanizmi kimi onu bədənindən özü çıxara bilmir.

Bu səbəbdən kofein dölün müxtəlif vəz və toxumalarında toplanaraq, boy hormonunu pozur. Ona görə bu qadınların uşaqları qəhvə içməyənlərə nisbətdə 2-3 sm boyca geri qalır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.