Bu maskadan sonra məsamələr yox olacaq
Bu maskadan sonra məsamələr yox olacaq üçün şərhlər bağlıdır

Üzdəki məsamələrin çoxalması insanın yaşlı görünməyinə, kirin məsamələrdə yığılmağına, dərinin nəfəs almamasına, makiyajın üzdə hamar qalmamasına səbəb olur.

Orqanik.az Axşam.az-a istinadən ev şaraitində məsamələri kiçiltməyə yardımçı olan maskanı təqdim edir. 

Tərkibi:

1 yumurta ağı
1 xörək qaşığı rəndələnmiş yerkökü
1 çay qaşığı aloe vera geli

Yumurta ağını yerkökü və aloe vera ilə köpüklənənə qədər çalın. Maskanı üzünüzlə yanaşı, əllərinizə, boynunuza çəkə bilərsiniz. Maska dərinizdə ən azı 15-30 dəqiqə qalmalıdır. Quruduqca dərinizi necə sıxdığını hiss edəcəksiniz. Maskanı ilıq su ilə təmizləyin.

Orqanik.az 

0

Yuxarı

X