Bu çay süd vəzi xərçəngindən qoruyur

Sent-Luis Universitetinin (ABŞ) alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, Çində ən yayılmış çay növlərindən biri olan ulun çayı süd vəzi xərçəngindən qoruyur.

Mütəxəssislər fikir veriblər ki, Çinin ən çox ulun çayı istehlak edilən Futszyan əyalətində ölkənin digər yerləri ilə müqayisədə süd vəzi xərçənginə 35% daha az rast gəlinir.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, ulun çayı qara və yaşıl çayın yaxın “qohumu”dur. Ulun çayının hazırlanması üçün yarpaqlar adi çay kolundan yığılır. Lakin daha sonra bu yarpaqlar xüsusi üsullarla qurudulur ki, nəticədə ulun çayı alınır.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, ulun çayın ekstraktı xərçəng hüceyrələrinə DNT səviyyəsində təsir edərək onların inkişafını xeyli ləngidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.