Bal və sarımsağın möcüzəvi təsiri – Bir qaşıqda 1001 dərman

Düzgün qidalanmamaq sonda damar tıxanıqlığına səbəb olur. Bu problem gənc, yaşlı demədən hər kəsi təhdid edir.

Bəs damar tutulmasına səbəb olan qidalar hansılardır? Günümüzdə trans yağların istifadəsi, “fast food” yeməklər və s. damar tıxanmasına təkan verir.

Orqanik.az bu problemin həlli kimi sizə faydalı qarışıq təqdim edəcək.

Bal və sarımsaq

Bal və sarımsaq birlikdə qəbul edəndə möcüzəvi təsirə malikdir. Bu 2 məhsul güclü iltihab, virus, mikrob əleyhinə malikdir, orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.

Qarışığın digər faydaları arasında:

– Yüksək təzyiqi balansda saxlayır

Sarımsağın tərkibindəki sulfid maddəsi və balda olan faydalı maddələr qan dövranı üçün faydalıdır. Bu iki vasitə qanda laxtalanmanın qarşısını alır, damarları gücləndirir.

Yüksək təzyiq ürək-damar sağlamlığınızı təhdid edən narahatlıqdır. Təzyiqinizi təbii üsullarla balansda saxlayın. Bunun üçün də ac qarına bal və sarımsaq yeyin.

– “Pis” xolesterini nəzarətdə saxlayır

Çiy sarımsağı əzəndə yaranan allisin maddəsi qanın fəaliyyətini tənzimləyir, damarları təmizləyir. Bundan başqa triqliseridlərin səviyyəsini də balansda saxlayır.

– İltihabı azaldır

Aparılan araşdırmalar onu göstərir ki, bir çox xroniki narahatlığa səbəb bədəndəki disbalansdan qaynaqlanan iltihabdır. Həm sarımsaq, həm də bal iltihaba qarşı ən yaxşı mübarizə üsuludur. Təbii ağrıkəsici rolu oynayır.

– İmmun sistemini gücləndirir

Bəhs etdiyimiz qarışıq antibakterial və antifunqal xüsusiyyətlərə malikdir. Ona görə də immun sistemini gücləndirir. Hər ikisi də bədəni viruslardan qoruyur, bakteriya və digər patogen mikroorqanizmlərə qarşı mühafizə edir.

– Öskürəyə yaxşı təsir edir

Öskürdüyünüz zaman sarımsaqla hazırlanan məlhəm ən yaxşı müalicə üsuludur. Boğazda qıcıqlanmanı azaldır və bəlğəm gətiricidir.

Soyuqdəymə və qrip simptomlarına qarşı bu qarışığı mütəmadi istifadə etmək faydalıdır. Bu qarışıq viruslarla mübarizədə sizə kömək edəcək.

Yuxarıda qeyd etdiyimiz bütün məlumatlardan yararlanmağınız məsləhətdir. Lakin balın xalis olmasına diqqət edin.

Təbii bal və sarımsaq qarışığının hazırlanma qaydası:

Lazım olanlar:

• 1 stəkan bal (335 qr.)

• 10 diş sarımsaq

• 1 ədədə qapaqlı şüşə balon

Hazırlanma qaydası:

Sarımsağı soyub, xırda-xırda doğrayın. (əzmək də olar). Balı şüşə balona qoyub, üzərinə sarımsağı əlavə edin. Qabın ağzını bərk-bərk bağlayın. 1 həftə qaranlıq yerdə saxlayın.

İstifadə edilmə qaydası:

Səhər yeməyindən əvvəl bir qaşıq qəbul edin. Zövqə görə istər ilıq su ilə qarışıdırıb qəbul edin, istərsə də olduğu kimi. Bu qarışığı 7 gün ərzində qəbul edin. 1-2 həftə ara verib, təkrar 7 gün için. İstidən və həddindən çox soyuqdan qoruyun.

Unutmayın ki, bu qarışığın təsiri gündəlik vərdişlərə və fərdə görə dəyişir. Əgər doymuş yağ, şəkərli və digər zərərli qidalar qəbul etsəniz, məhlulun təsiri olmayacaq.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.