Azərbaycanda bitən bu bitki VİTAMİN BOMBASIDIR

Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz.

Onda limonda olduğundan da çox C vitamini  var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir. A, E, PP və B qrup vitaminləri ilə zəngindir.

Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.

Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.

Orqanik.az əvəliyin bilmədiyiniz 10 faydasını təqdim edir. Bol -bol yesəniz bu problemlərinizə təbii çarə edə bilərsiniz.

1. Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı qovur, beynin işini aktivləşdirir

2. A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır

3. B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir

4. Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir

5. Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir.

6. Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır.

7. Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır

8. Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə  olunur.

9. Şəkərli diabet riskini azaldı, mədəaltı vəzinin işini normallaşdırır.

10. Mədədə köp, qəbizlik zamanı işlədici kimi istifadə edilir. İshalın da qarşısını alır.

Kimlərə olmaz

Podaqrası olanlar, böyrəklərində daş olanlar, mədə-bağırsağınnda yara olanlar ehtiyatlı olmalıdır. Əvəlik bədəndən artıq mayeni qovub çıxartdığı üçün, sidikqovucu təsir olduğu üçün, böyrəklərdən daşı tərpədə bilər. Eləcə də duz mübadiləsini poza bilər. Hamilələrə də qəti olmaz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.