Ayaq barmaqları niyə keyiyir? SƏBƏBLƏR

Ayaq barmaqları niyə keyiyir? SƏBƏBLƏR

Narahat ayaqqabı və ya soyuq hava ayaq barmaqlarının keyiməsinə səbəb ola bilər. Lakin bu simptom insanda heç bir xarici təsir olamadan tez-tez təkrarlanırsa buna fikir vermək və səbəbini araşdırmaq lazımdır.

Bəzi xəstəliklər və pozulmalar ayaq barmaqlarının keyiməsinə səbəb olur. Bu pozulmalar arasında:

  • Şəkərli diabet. Bu xəstəlik sinirləri zədələyir ki, onların həssaslığı azalır, diabetik nevropatiya inkişaf edir. Bu pozulmanın simptomları arasında ayaq barmaqları və pəncələrdə keyimə, iynə sancma, qarışqa gəzmə hissi.
  • Periferik arteriyaların xəstəlikləri. Ayaq arteriyalarında xolesterinin yığılması da barmaqlarda keyimənin inkişafına səbəb olur. Həmçinin bu xəstəlik zamanı insanda axsama inkişaf edə bilər.
  • Dağılmış skleroz. Bu ağır və müalicəyə tabe olmaya sinir sistemi xəstəliyi zamanı sinirlərin keçiriciliyi funksiyası pozulur ki, nəticədə bədənin müxtəlif yerlərində və o cümlədən ayaq barmaqlarında keyimə hissi yaranır. Bundan əlavə dağılmış skleroza yerimə və görmə pozulması, psixiki pozulmalar kimi simptomlar xasdır.
  • Onurğa beyini zədələnməsi. Onurğa beyini sinir impulsların baş beyindən bədənin digər nahiyələrinə ötürülməsinə cavabdehdir. Onurğa beyinin zədələnməsi sinir impulslarının ötürülməsinə mane olur ki, nəticədə insanda ayaq barmaqlarında keyimə və ya istiyə həssaslığının azalması inkişaf edə bilər. Onurğa beyinin zədələnməsi yol qəzası, baş və beyin travmaları, xərçəng zamanı mümkündür.
  • B12 vitaminin defisiti.
  • İnsult.
  • Bu autoimmun xəstəlik zamanı damarlar zədələnir.
Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.