Artritlə mübarizə aparmağa kömək edən məhsullar açıqlandı
Artritlə mübarizə aparmağa kömək edən məhsullar açıqlandı üçün şərhlər bağlıdır

Soğan və sarımsağın bənzərsiz immunostimulyasiya xüsusiyyətləri heç kəs üçün sirr deyil. Məhz bu xüsusiyyətləri sayəsində onlar artritin müalicəsində və qarşısının alınmasında faydalı ola bilər.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə Koreyadan olan elm adamları məlumat veriblər. Onların araşdırmaları “BMC Geriatrics” jurnalında dərc olunub.

Soğanlı bitkilərin tərkibində artrit zamanı qığırdaq və oynaqlardakı iltihab əleyhinə elementlər var. Bu iltihab birləşmələri zədələyərək xəstəliyi daha da kəskinləşdirir.

Araşdırmaya görə digər məhsullar da artrit zamanı faydalı ola bilər. Bunlar brokkoli, yağlı balıq, zeytun yağı, albalı suyu, ispanaq, braziliya qozu və sarıkökdür.

Orqanik.az

0

Yuxarı

X