Arıqlamağın RİYAZİ DÜSTURU: sadəcə 5 qida ilə PİYLƏRDƏN QURTULUN

Artıq çəki itirmək və orqanizmdə yağ miqdarının azalması, əslində, riyazi sistemə əsaslanır. Orqanizmin qazandığı enerji xərclənəndən azdırsa, bədəndə kalori çatışmazlığı yaranır və çəki itirilməsinə səbəb olur.

Əhəmiyyətli olan isə itirilən çəkinin əzələ kütləsindən deyil, yağdan getməsidir.

Orqanik.az publika.az-a istinadla oxucuları yağ yandıran qidalarla tanış edir.

Yaşıl çay

Tərkibindəki fenol birləşmələri (epikateşin, epikateşin qallat, epiqallokateşin, epiqallokateşin qallat) orqanizmdə yağın depolanmasının qarşısını alır və yağ yandırılmasını sürətləndirir. Araşdırmalar sübut edib ki, fenol birləşmələri qəbul edilən enerjinin bağırsaqlar tərəfindən sovrulmasını azaldır. Yaşıl çay metabolizmi sürətləndirir. Buna görə də gündə 2-3 fincan yaşıl çay içməkdə fayda var.

Qatıq

Kalsium tərkibi sayəsində, xüsusilə, qarınətrafı yağlanmanın azalmasına yardımçı olur. Tərkibindəki turşular hesabına yağ yandırılmasını dəstəkləyir. Protein miqdarının yüksək olması metabolizmin sürətlənməsinə gətirib çıxarır. 1 qab qatığa, 1 çay qaşığı qara bibər, zəncəfil və kətan toxumu əlavə edərək yesəniz, yağ yandırma təsiri maksimum olacaq.

Qırmızı bibər

Kapsaisin elementi sayəsində yağ yandırır. Metabolizmi sürətləndirir. Qastrit, mədə xəstəliyiniz yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz.

Darçın

Qanda qlükozanın səviyyəsini balanslaşdırır. Beləliklə, yağln depolanmasına kömək edən insulin ifrazını azaldır. Darçın şirmiyyat istəyini də yox edir.

Hindistan qozu yağı

MCT turşu birləşməsi hesabına yağ yanmasına kömək edir. MCT-lər yağın enerjiyə çevrilməsinə kömək edir. Metabolizmi sürətləndirir. Gündə 2 qaşıqdan çox olmamaqla istifadə etməkdə fayda var.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.