Arıqlamağın düşməni tapıldı

Yatmaqla bağlı problemləri olan artıq çəkiyə malik insanlar doyunca yata bilən insanlarla müqayisədə daha az arıqlayır.

Oxu.az “Vokruq Sveta” jurnalına istinadla xəbər verir ki, bu qənaətə beynəlxalq mütəxəssislərin apardığı araşdırma nəticəsində gəlinib.

Mütəxəssislər araşdırma apararkən iki mindən çox insanın məlumatını təhlil ediblər. Həmin insanlar il ərzində çəkilərini azaltmaq üçün ciddi rejimə əməl ediblər. Bura pəhriz, məşqlər və psixoloqla iş daxildir.

Onlar paralel olaraq yuxu rejimləri barədə məlumat veriblər. Nəticədə məlum olub ki, yuxu rejiminə əməl etməyənlər qrafikə uyğun yatanlarla müqayisədə daha az çəki itiriblər.

Alimlər qeyd edirlər ki, altı saatdan az yatan insanlar piylənmədən daha çətin xilas olurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, kifayət qədər yatmayanda insan bədəni xeyli yüklənmə hiss edir və nəticədə bütün orqanlar əziyyət çəkir.

Belə şəraitdə orqanizm resursları toplamaq rejiminə keçir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.