Araqda isladılmış maska Omikrondan qoruyur? – Akademikdən cavab

Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov bildirib ki, araqda isladılmış maskanın köməyi ilə Omikrona müqavimət göstərmək olar.

Lakin onun açıqlaması həmkarlarının tənqidi ilə qarşılanıb. Virusoloqlar xəbərdarlıq ediblər ki, əksinə araq inhalyasiyaları selikli qişaya zərər verə bilər.
Orqanik.az xəbər verir ki, Viral İnfeksiyaların Qarşısının Alınması və Müalicəsi üzrə Milli Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov gazeta.ru-ya müsahibəsində bəzi alimlərin hələ də bu metodun effektivliyi barədə məlumatlara malik olmadığını vurğulayıb: “Araqla inhalyasiya Omikron ştamının müalicəsi üçün tövsiyə deyil”.

“İçki içənlərin çox olduğu bir ölkədə bunu ayrıca tibbi texnologiya hesab etmək düzgün deyil. Dəlillərə əsaslanan tibbdə belə tövsiyələr yoxdur”, – o, akademik S.Kolesnikovun COVID-19-la mübarizə üsulu ilə bağlı fikrinə münasibət bildirərkən vurğulayıb.

G.Vikulov əlavə edib ki, istənilən tibbi tövsiyələr sübuta əsaslanan tibb prizmasından keçməlidir. Əgər bu edilməyibsə, bu cür ifadələr sadəcə ekspert rəyidir.

Akademik S.Kolesnikov isə virusdan qorunmaq üçün maskaya bir neçə damcı araq əlavə edib nəfəs almağı tövsiyə edib.

O, araqla yanaşı, izdihamdan uzaq durmaq, əl-burun gigiyenasına diqqət yetirmək və daha az nəqliyyatdan istifadə etmək üçün piyada gəzməyi məsləhət görüb.

“Çünki əsas yoluxma avtobuslarda, trolleybuslarda, tramvaylarda olur. Tibb müəssisələrinə isə buna görə zərurət olmadıqca, ora getməmək daha yaxşıdır”, – deyə akademik bildirib.

Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişenko da S.Kolesnikovun fikrinə qarşı çıxıb. Gazeta.ru-ya verdiyi şərhdə o, həmkarının “COVID-19-un müalicəsində araq inhalyasiyası” fikrini cahillik adlandırıb.

Digər mütəxəssis Larisa Popoviç arağın həm selikli hüceyrələri, həm də ardıcıl olaraq hər şeyi öldürdüyünü qeyd edib: “Əlbəttə, spirtin antiseptik təsiri var, lakin o, şübhəsiz ki, virusları öldürmür. Virusu bu yolla öldürmək olmaz, ancaq selikli qişanı zədələmək asandır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.